Bakı. 10 oktyabr. REPORT.AZ/ Prezident yanında Elmin İnkişafı Fondu oktyabrın 13-14-də Bakıda elm, texnologiya və innovasiyalar üzrə beynəlxalq tədbir keçirəcək.
Fondun mətbuat xidmətindən “Report”a verilən məluamta görə, tədbir Avropa İttifaqının (Aİ) tədqiqat və innovasiyalar üzrə tanınmış “HORİZON-2020” Proqramı hüdudlarında fəaliyyət göstərən “Black Sea Horizon” (BSH) və “EaP PLUS” layihələri çərçivəsində Avropa Tədqiqat Zonaları Şəbəkəsinə (
Tədbirin həmtəşkilatçısı Yunanıstanda fəaliyyət göstərən "Regional və Beynəlxalq Elm, texnologiya və innovasiyalar üzrə Araşdırmalar və Dəstək Mərkəzi”idir (CeRISS).
Elmin İnkişafı Fondu “Black Sea Horizon” və “EaP PLUS” layihələrində qurum kimi iştirakçıdır. Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti nəzərə alınmaqla adıçəkilən yüksək səviyyəli iclasın Bakıda keçirilməsi üzrə qərar BSH layihəsinin bu ilin iyun ayında Vyanada keçirilən Baş Assambleyasında qəbul edilib. Tədbirin işində Avropadan (Avstriya, Yunanıstan, Almaniya, İtaliya, Hollandiya, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə) və Azərbaycandan tanınmış ekspertlər iştirak edəcəklər.
İki gün davam edəcək iclasda Avropa İttifaqı ölkələri ilə bu təşkilata üz olmayan Qara Dəniz hövzəsi ölkələri və "Şərq Tərəfdaşlığı" ölkələrinin alimləri arasında elmi əməkdaşlığın perspektivləri, Avropa Tədqiqat Zonaları Şəbəkəsi (
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi, Yunanıstan və Avstriyanın səfirlərinin iştirakı gözlənilir.