Yuxarı

Bakıda Günəş və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçiriləcək

Konfransın 2 iş günü Bakıda, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında olacaq

Bakı. 3 iyul. REPORT.AZ/ Bakıda "Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər" mövzusunda beynəlxalq konfrans keçiriləcək. 

"Report" xəbər verir ki, konfrans Prezident yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyulda baş tutacaq.

Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.

Konfransın 2 iş günü Bakıda, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında olacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.

Qeyd edək ki, beynəlxalq konfransın açılış mərasimi iyulun 6-da "Aysberq" İstirahət Mərkəzinin böyük zalında baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi