Bakıda fərdi təhsilə cəlb olunan şagirdlərin sayı açıqlanıb

Bakıda fərdi təhsilə cəlb olunan şagirdlərin sayı açıqlanıb 2019-2020-ci tədris ilində Bakı şəhərində 4 məktəbin (138, 202, 220, 252) nəzdində ibtidai sinif səviyyəsi üzrə inklüziv təhsilə cəlb olunan uşaqların sayı 64 nəfərə çatdırılıb.
Elm və təhsil
15 Oktyabr , 2019 11:45
Bakıda fərdi təhsilə cəlb olunan şagirdlərin sayı açıqlanıb

2019-2020-ci tədris ilində Bakı şəhərində 4 məktəbin (138, 202, 220, 252) nəzdində ibtidai sinif səviyyəsi üzrə inklüziv təhsilə cəlb olunan uşaqların sayı 64 nəfərə çatdırılıb.

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu il fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ümumilikdə, 23 nəfər müraciət edib: "Müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinifindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır. Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub".

Son xəbərlər

Orphus sistemi