Yuxarı

Bakıda doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçiriləcək

Bununla bağlı təhsil naziri əmr imzalayıb

Bakı. 14 mart. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Əmrə əsasən, doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı 24-25 mayda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək.

Əmrə görə, konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilməli, ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərini 11 aprelədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim etməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi