Yuxarı
    Bağlamaq

    Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsinə start verilib

    Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilən müsabiqənin vakansiya mərhələsinə start verilib.

    İdarədən "Report"a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər noyabrın 16-sı saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 

    Bildirilib ki, 1 namizədə 5 yer seçmək hüququ verilir. Müvafiq vakansiya 2 və daha artıq namizəd tərəfindən seçilərsə, həmin yer üzrə ən yüksək bal toplamış şəxs müsahibə mərhələsinə buraxılacaq.

    Qeyd edək ki, 3-4 noyabrda keçirilən test imtahanında təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılmış 498 namizəddən 134 nəfəri keçid balından yüksək nəticə göstərib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi