Bakıda "Birləşmiş Krallıqda təhsil" sərgisi keçirilir

Bakıda "Birləşmiş Krallıqda təhsil" sərgisi keçirilir Sərgidə Birləşmiş Krallığın yüksək reytinqə malik 15 kollec, məktəb və dil kursların nümayəndələri iştirak edir
Elm və təhsil
12 Mart , 2016 16:48
Bakıda Birləşmiş Krallıqda təhsil sərgisi keçirilir

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün Bakıda "Birləşmiş Krallıqda təhsil" sərgisi keçirilir. "Report"un məlumatına görə, "British Council Azərbaycan"ın təşkilatçılığı ilə keçirilən sərgidə Birləşmiş Krallığın yüksək reytinqə malik 15 kollec, məktəb və dil kurslarının nümayəndələri iştirak edir.

Məktəb və kolleclərdə həm orta məktəbin son illərini əhatə edən GCSE proqramı üzrə, həm də orta təhsil ilə ali təhsili birləşdirən və müddəti 1 və ya 2 il olan A Level, International Baccalaureate və Foundation proqramları tədris olunur. Bundan əlavə, iştirakçılar arasında istənilən yaşdan olan şəxslər üçün Londonda və Britaniyanın müxtəlif şəhərlərində ümumi və biznes İngilis dili kursları, eləcə də yay məktəbləri, akademik təhsildən öncə ingilis dili hazırlığı kursları təklif edən iştirakçılar var. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, son 3 ildə "British Council Azərbaycan" tərəfindən Bakıda keçirilmiş 5 təhsil sərgisində 10 000-dən artıq tələbə, valideyn, peşəkar şəxslər, biznes nümayəndələri, akademik işçilər iştirak edib.

Son xəbərlər

Orphus sistemi