Bakıda bəzi bağçalarda pozuntu halları aşkarlanıb, 3 nəfər barəsində intizam tədbirləri görülüb

Bakıda bəzi bağçalarda pozuntu halları aşkarlanıb, 3 nəfər barəsində intizam tədbirləri görülüb Əvəzedici tərbiyəçilərə əsassız məzuniyyət pulu ödənilib, normalardan artıq ərzaq silgisinə yol verilib
Elm və təhsil
6 Aprel , 2015 16:17
Bakıda bəzi bağçalarda pozuntu halları aşkarlanıb, 3 nəfər barəsində intizam tədbirləri görülüb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və Uşaq evləri İdarəsi tərəfindən bir sıra məktəbəqədər uşaq müəssisələrində uşaqların faktiki sayının normativ sayına nisbətən çox olması uşaq günlərinin icrasının 100 faizdən artıq olmasına səbəb olub. "Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, müvafiq normativ-hüquqi aktların tələbləri gözlənilməyərək ali və orta ixtisas təhsili tələb olunan vəzifələrə ümumi orta təhsilli və ya kurs bitirmiş şəxslər təyin olunub, həmçinin təmirlə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış məktəbəqədər təhsil müəssisələrində əvəzçiliklə icra olunan vəzifələr üzrə işçilərə tarif (vəzifə) maaşı ödənilib və iki ştat artıq saxlanılmaqla əlavə büdcə vəsaiti xərclənib.

Bundan başqa, inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla məşğul olan tərbiyəçilərin və tərbiyəçi köməkçilərinin, eləcə də sağlamlıq imkanları məhdud uşaqlardan ibarət qrup olan məktəbəqədər tərbiyə müəssisələrinin musiqi rəhbərlərinin də əmək haqqı 50% artırılıb, əvəzedici tərbiyəçilərə əsassız olaraq məzuniyyət pulu ödənilib.

Hesabatda o da qeyd olunub ki, məktəbəqədər uşaq müəssisələrinə cəlb olunmuş uşaqlar tam dövlət təminatında olmadığı halda, uşaqlara geyim formaları (uniformalar) alınmasına büdcə vəsaiti xərc edilib, normalardan artıq ərzaq silgisinə yol verilib, uşaq bağçalarında və uşaq evlərində uşaqlar üçün müəyyən edilən qida normalarında nəzərdə tutulmayan ərzaq məhsulları, təlabatdan artıq inventar və avadanlıq, eləcə də təsərrüfat malları alınıb. Nöqsanlara yol verən 3 nəfər barəsində müvafiq intizam tədbirləri görülüb, 2 bölmə rəhbərinə töhmət, 1 bağça müdirinə isə şiddətli töhmət verilib.

Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrində aparılan audit zamanı məlum olub ki, bəzi hallarda məktəbəqədər uşaq müəssisələri nəzərdə tutulmuş qida məhsulları ilə fasiələrlə və tam təmin edilməyib. Audit zamanı Sumqayıt şəhərindəki məktəbəqədər təhsil müəssisələrində bır sıra nöqsanlar aşkarlanıb.

Qeyd edək ki, mövcud hesabat parlamentin aprelin 14-də keçiriləcək plenar iclasda müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi