Bakıda “Bayraq yürüşü” keçirilib

Bakıda “Bayraq yürüşü” keçirilib Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub
Elm və təhsil
5 Noyabr , 2016 15:21
Bakıda “Bayraq yürüşü” keçirilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

“Report”un xəbərinə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, KİV rəhbərləri, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər.

Sonra minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş ediblər.

Son xəbərlər

Orphus sistemi