Yuxarı

Bakıda ABŞ universitetlərinin təhsil sərgisi keçiriləcək

Tədbirdə 20 dən çox ABŞ universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq

Bakı. 11 mart. REPORT.AZ/ Martın 14-də Bakıda “Alumni Fair” adlı ABŞ universitetlərinin təhsil sərgisi keçiriləcək. 

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə keçiriləcək tədbirdə 20-dən çox ABŞ universiteti və digər ödənişsiz təhsil proqramları təmsil olunacaq.

Tədbirin məqsədi bütün maraq göstərən şəxsləri bir yerə toplayıb ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla onlara müraciət edə biləcəklər. 

Məzunlar ABŞ universitetlərinin təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verəcəklər, həmçinin sərgi iştirakçılarını materiallarla və bukletlərlə təmin edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi