Yuxarı

​Bakıda 50 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir

Həmin müəssisələrdə 2 096 uşaq hazırlanır

Bakı. 7 mart. REPORT.AZ/ Ötən ilin əvvəlinə Bakı şəhəri və rayonları üzrə 50 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, təhsil müəssisələrində uşaqların sayı 2 096-dır. Qeyri-dövlət məktəbəqədər təhsil müəsisələrinin ən çoxu (12) Nərimanov rayonunda yerləşir. Həmin müəssisələrdə uşaqların sayı 776 nəfərdir. Səbail rayonunda 10 müəssisə yerləşir ki, həmin müəssisələrdə uşaqların sayı 354-dür. Özəl məktəbəqədər təhsil müəssisələrinin ən az yerləşdiyi rayon Xəzər rayonudur. Belə ki, rayonda fəaliyyət göstərən bir özəl məktəbəqədər təhsil müəssisəsində 65 uşaq var. Xətai rayonu ərazisində yerləşən iki özəl müəssisədə uşaqların sayı cəmi 39-dur. Yasamal rayonunda olan 8 müəssisədə 301, Binəqədidə olan 6 müəssisədə 230 uşaq var. Pirallahı, Sabunçu, Qaradağ və Suraxanı rayonlarında isə özəl təhsil müəssisələri yoxdur.

Qeyd edək ki, ötən il əvvəlinə Bakı şəhəri və rayonları üzrə ümumillikdə qeydə alınmış özəl və dövlət məktəbəqədər təhsli müəssisələrinin sayı 395 olub. Həmin müəssisələrdə yerlərin sayı 43 810, uşaqların sayı isə 38 653-dür. Ən çox məktəbəqədər hazırlıq müəssisəi Xətaidə (49), ən azı isə Pirallahı (4) rayonundadır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi