Yuxarı
    Bağlamaq

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin olunub

    Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva isə idarənin müdir müavini vəzifəsinə təyin edilib

    Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Təhsil Nazirliyində nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər işçilərinin iştirakı ilə iclas keçirilib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib. 

    İclasda son bir ildə ümumi təhsil sahəsində görülən işlər, əldə olunan nəailiyyətlər və qarşıda duran vəzifələr barədə söz açan Azərbaycan təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin idarə olunması, maddi-texniki və kadr təminatı, tədris prosesinin əlaqələndirilməsi işində əhəmiyyətli dəyişikliklərin baş verdiyinə diqqət yetirərək, bu müsbət dinamikanın saxlanılması və islahatların davam etdirilməsinin vacibliyini qeyd edib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsində idarəetmənin gücləndirilməsi və cari fəaliyyətinə Təhsil Nazirliyinin dəstəyinin daha da artırılması məqsədilə nazirin əmri ilə idarəyə birbaşa rəhbərliyin həyata keçirilməsi təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

    Təhsil nazirinin digər əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi