Yuxarı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində olub
BŞTİ: Təhsil müəssisəsində tədris normal şəkildə davam edir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva bu gün Məktəb-Lisey Kompleksində (MLK) olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. 

Bu barədə "Report"a İdarədən məlumat verilib. 

Qeyd olunub ki, idarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Məlumatda o da bildirilib ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi