Yuxarı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gələcək hədəfləri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gələcək hədəfləri açıqlanıb

"Yeni dərs ilində tədrisin təşkili və məktəblərin ümumi fəaliyyəti baxımından səmərəliliyin artırılması, məktəblərin fəaliyyətində rəqabətliliyin genişləndirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin möhkəmləndirilməsi üçün sistemli işin aparılması və digər bu kimi mühüm istiqamətlər əsas götürüləcək".

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, həmçinin fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer veriləcək.

BŞTİ müdiri qeyd edib ki, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılacaq.

O əlavə edib ki, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında siniflər üzrə mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərlə müqayisəli təhlili aparılıb, təhlil məktəblərə göndərilərək müvafiq təkliflər verilib.

"Monitorinqin nəticələrinə müvafiq olaraq, müəyyən məktəblərin Böyük Summativ Qiymətləndirmə (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) materialları toplanıb, təhlil olunub. Məktəblərə qiymətləndirmə materiallarında proqrama uyğun olaraq bütün standartları əhatə edən sualların salınması tapşırılıb. Cari tədris ilində KSQ və BSQ-ləri uyğun hesab edilən məktəblərin nümunələri digər məktəblərə göndərilərək təcrübə mübadiləsi təşkil ediləcək. Bu da öz növbəsində qiymətləndirmədə inkişafa ehtiyacı olan məktəblər üçün faydalı olacaq. Məktəb seminarlarında nəticələrin müzakirəsi aparılıb və konkret hədəflərin müəyyənləşdirilməsi üçün istiqamətlər müəyyən olunub. Məktəblərə özünüqiymətləndirmə ilə bağlı təkliflər verilib"- deyə R.Tağıyev vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi