Yuxarı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəbdəki silahlı hadisə zamanı xəsarət alan olmayıb

Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 saylı tam orta məktəbdə dərs zamanı baş verən silahlı insidentlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru araşdırma aparır. Bu barədə "Report"un sorğusuna cavab olaraq idarədən bildirilib. 

İdarədən qeyd olunub ki, baş verən hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb: "İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda şagird dərsdədir. Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi