Bakı Salvyan Universitetində “Beynəlxalq Sülh Günü” qeyd olunub

Bakı Salvyan Universitetində “Beynəlxalq Sülh Günü” qeyd olunub ​Asif Hacıyev: "Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir”
Elm və təhsil
18 Sentyabr , 2015 20:37
Bakı Salvyan Universitetində “Beynəlxalq Sülh Günü” qeyd olunub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Slavyan Universitetində 21 sentyabr -“Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirilib. BSU-nun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, profesor Asif Hacıyev 1982-ci ildən bəri bütün dünyada qeyd olunan Sülh günü barədə məlumat verib. Rektor Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikanın müxtəlif ali təhsil ocaqlarında “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbirlər həyata keçirildiyini qeyd edib. Bildirilib ki, 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, hər hansı zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.

"Dövlət başçısı İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir ki, bu gün dünya ölkələri arasında baş verən gərginlik, mübarizə şəraitində Azərbaycan sakitliyini, iqtisadi inkişafını qoruya bilən ölkələr sırasındadır. Sülhə nail olmaq üçün iqtisadi, siyasi gücdən əlavə, ləyaqətli, daxilən vətənpərvər gənclərin olması vacibdir”, - A.Hacıyev vurğulayıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə şöbəsinin müdiri Zaur Əliyev çıxışında “Beynəlxalq Sülh Günü” ərəfəsində, yəni 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyini və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirlərinin təşkil olunduğunu diqqətə çatdırıb. Z.Əliyev deyib ki, Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir: “Bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün sülh xüsusi əhəmiyyət kəsb edir”.

Tədbirdə Ombudsam Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Faiq Ağayev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi