Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri əməkdaşlıq edəcək

Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri əməkdaşlıq edəcək Ali təhsil müəssisələri arasında birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfrans təşkil ediləcək
Elm və təhsil
5 Fevral , 2018 20:57
Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri əməkdaşlıq edəcək

Buxarest. 5 fevral. REPORT.AZ/ Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada səfərdə olub. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfər Buxarest Politexnik Universitetinin rektoru Mihnea Kostoyun dəvəti ilə həyata keçirilib. 

Səfər çərçivəsində iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, gələcəkdə universitetlər arasında müəllim və tələbə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, elmi konfrans və ikili diplomların təsis edilməsi və digər məsələlər nəzərdə tutulur. Bununla yanaşı, Bakı Mühəndislik və Buxarest Politexnik universitetləri arasında birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfransın keçirilməsi də planlaşdırılır. Nümayəndə heyəti Buxarest Politexnik Universitetinin elmi tədqiqat və tədris laboratoriyaları və Bolonya prosesinə uyğun tədris prosesinin təşkili istiqamətində universitetdə aparılan işlərlə tanış olublar. 

BMU təmsilçiləri Buxarestdəki Tey Parkı - Heydər Əliyev xiyabanında ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi