Yuxarı
    Bağlamaq

    ​Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi beynəlxalq festivalda Azərbaycanı təmsil edib

    Dehlidə keçirilən tədbirə 155 ölkədən 3 milyon yarım insan qatılıb

    Bakı. 16 mart. REPORT.AZ/ Hindistanın Nyu Dehli şəhərində Dünya Mədəniyyət Festivalı keçirilib. Festivalda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəxri qonaq qismində təmsil edən yeganə dövlət qurumu olub.

    Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) həmin səfərin nəticələri ilə bağlı tədbir keçirilib.

    Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

    BBMM-in Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu səfəri ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

    Nəriman Qasımoğlu Dünya Mədəniyyət Festivalının yaranması və fəaliyyəti haqqında məlumat verib. O, bildirib ki, 155 ölkədən 3 milyon yarım insanın qatıldığı, Hindistan dövlətinin diqqətində olan- ölkənin baş naziri Narendra Modinin də yaxından iştirak etdiyi məşhur festival “Art of Living” (“Yaşamaq sənəti”) humanitar təşkilatı tərəfindən hər beş ildən bir təşkil olunur: “Art of Living” təşkilatı 1981-ci ildə Hindistanın tanınmış ruhani lideri, ictimai xadimi Sri Sri Ravi Şankar tərəfindən yaradılıb. Sri Sri Ravi Şankar gənc yaşlarında inzivaya çəkilib, bir müddət sonra hazırda dünyada məşhur olan Sudarşan Kri adlı düzgün tənəffüs texnikasını özündə ehtiva edən yoqa təlimini yaymağa başlayıb. Ruhani liderin fikrincə, düzgün tənəffüs vasitəsilə stresdən qurtulmaq və ali həqiqətə yetişmək mümkündür. “Art of living” təşkilatı Sri Sri Ravi Şankarın rəhbərliyi ilə dünyanın 150-dən artıq ölkəsində təbii və texnogen fəlakətlərdən, müharibə və terrordan əziyyət çəkən insanlara humanitar yardım göstərir. Təşkilat çoxmədəniyyətli Hindistanda Dünya Mədəniyyət festivalının təşkil etməklə fərqli dinlərin, müxtəlif xalqların nümayəndələrini bir araya gətirib sülhü, barışı, multikulturalizmi, tolerantlığı, mərhəməti, sevgini təbliğ etmək məqsədi daşıyır”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi