Yuxarı

Bakı Ali Neft Məktəbində referendumla bağlı iclas keçirilib

Rektor Elmar Qasımov Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə də dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsverməs (referendum) ilə əlaqədar iclas keçirilib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda BANM-in rektoru Elmar Qasımov Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi barədə sərəncamının ölkəmiz üçün əhəmiyyətindən söz açaraq növbəti referendumun keçirilməsinin ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addım olduğunu bildirib.

Elmar Qasımov ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan bu hadisənin vacibliyindən söz açıb. Rektor 26 sentyabrda keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin xalqımızın rifahına, yüksəlişinə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha geniş mənada qorunmasına və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb. Rektor Azərbaycan vətəndaşlarının bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcəyinə əmin olduğunu deyib. Elmar Qasımov Azərbaycan dövlətinin işıqlı gələcəyi naminə Konstitusiya islahatlarına səs verməyə çağırıb.

İclasda digər natiqlər ölkənin əsas qanununa təklif edilən dəyişiklikləri dəstəklədiklərini və referendumda iştirak edəcəklərini bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi