Yuxarı
    Bağlamaq

    Bakı-Fransız Liseyinin Ağ Şəhərdə yerləşən yeni binasının açılış günü məlum olub

    Bu il şagirdlərin sayı ötən illə müqayisədə üç dəfə artıb

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı-Fransız Liseyinin Ağ Şəhərdə yerləşən yeni və müasir binasının açılışı olacaq.

    Fransanın Azərbaycandakı səfirliyindən Report-a bildirilib ki, açılış 2014-2015-ci tədris ilinin ilk dərs günü, yəni sentyabrın 15-də baş tutacaq.

    Bu il liseydəki şagirdlərin sayı ötən illə müqayisədə üç dəfə artıb. Yüzdən çox şagird yeni binanın açılışında iştirak edəcək.

    Uşaq bağçası (ana məktəb) səviyyəsində bütün qruplarda (kiçik, orta və böyük bölmələrdə) və ibtidai məktəb səviyyəsində (birinci sinifdən beşinci sinfədək) dərslər birbaşa hər sinfin öz müəllimi tərəfindən tədris olunacaq. Bütün müəllimlər Fransada məktəbin pedaqoji operatoru Fransız Dünyəvi Təhsil Missiyası tərəfindən işə qəbul olunur.

    Yuxarı siniflərdə, kollec və lisey səviyyəsində dərslər yerində, liseyin daxilində, qiyabi CNED sistemi çərçivəsində, iki Fransız müəllimi tərəfindən  aparılacaq.

    Liseyin təməli 2011-ci ilin oktyabrın 7-də Fransanın sabiq prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı-Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulub. 11 may 2014-cü ildə  Azərbaycan prezidenti İlham Əliyev, xanımı  Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransanın prezidenti Fransua Olland Bakı-Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi