Yuxarı

AzTU-nun Magistratura və doktorantura şöbəsinə müdir təyinatı olub

AzTU-da yeni təyinat olub

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev Magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun Maşınqayırma texnologiyası kafedrasının dosenti vəzifəsində davam etdirib.

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib. O vaxtdan Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi