Yuxarı

AzTU-da workshop keçirilib

AzTU-da workshop keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Elektromobilin inkişafı, nəqliyyat sektorunda enerjidən istifadə və CO2 emissiyası (Türkiyə təcrübəsi və Azərbaycanda istifadə)” mövzusunda workshop keçirilib.

AzTU-dan "Report"a verilən məlumata görə, tədbirdə Energetika, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, "Azenerji" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Agentliyinin, ali məktəblərin nümayəndələri və türkiyəli mütəxəssislər iştirak ediblər.

Workshopda AzTU-nun rektoru, professor Vilayət Vəliyev, ABOEM üzrə Dövlət Agentliyi sədrinin müavini, professor Nurəli Yusifbəyli, türkiyəli professorlar - Gürkan KumbaroğluKərəm Odabaşı məruzələrlə çıxış ediblər.

Workshopda elektromobil sektorunun inkişafı, nəqliyyatda elektrik enerjisindən istifadə üzrə Türkiyə təcrübəsi əsasında elmi-tədqiqatların aparılması və kadr hazırlığı, eləcə də özəl sektorun elektromobillərin istehsalı və inkişafındakı təcrübəsi, Azərbaycanda tətbiqinin əsas istiqamətləri müzakirə olunub.

Həmçinin dünya Elektromobil Birliyinin (WEVA) Avropa qoluna (AVERE) üzv olan AVERE Türkiyə ilə birgə işbirliyi barədə məlumat verilib.

Məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi