AzTU-da Türkiyənin qabaqcıl universitetlərinin standartları tətbiq olunacaq

AzTU-da Türkiyənin qabaqcıl universitetlərinin standartları tətbiq olunacaq Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.
Elm və təhsil
18 Fevral , 2020 15:47
AzTU-da Türkiyənin qabaqcıl universitetlərinin standartları tətbiq olunacaq

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub.

AzTU-dan "Report"a verilən məlumata görə, Türkiyə Standartlar İnstitutunun (TSE) təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə reallaşdırılan səfərin məqsədi qardaş ölkənin qabaqcıl universitetlərinin tədqiqat, təhsil, innovasiya və digər sahələrdə idarəetmə standartlarının AzTU-da tətbiqidir.

Səfər çərçivəsində Koç, İstanbul Texniki (İTÜ), İstanbul Aydın, Qəbzə Texniki, Qazi, Orta Doğu Texniki, OSTİM Texniki universitetləri, həmçinin TÜBİTAK, Yüksək Öyrətim Kalite Kurulu, Yüksək Öyrətim Kurulu və TSE ziyarət edilib. Görüşlərdə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, innovasiyalar və digər sahələrdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi ziyafətdə səfir Xəzər İbrahim, təhsil müşaviri Nəcibə Nəsibova, Ankara universitetlərinin azərbaycanlı professorları və TSE rəhbərliyi ilə səfərin yekunları müzakirə edilib. Azərbaycanlı professorların AzTU ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər müddətində AzTU nümayəndə heyətini Türkiyədəki səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət edib.

Son xəbərlər

Orphus sistemi