Yuxarı

​AzTU-da imtahanların gedişini izləmək üçün mediatur təşkil olunub

Mediatur iştirakçıları auditoriyalarda imtahanların təşkili və gedişini izləyiblər

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Texniki Universitetində (AzTU) yay imtahan sessiyasının gedişini izləmək üçün iyunun 22-də mediatur təşkil olunub.

"Report" xəbər verir ki, mediaturda KİV nümayəndələri ilə yanaşı QHT tımsilçiləri və valideynlər iştirak ediblər. 

Mediatur iştirakçıları auditoriyalarda imtahanların təşkili və gedişini izləyiblər, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin hansı formada təmin edilməsinə dair məlumat alıblar.

AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, bu il yay imtahan sessiyasında universitetin 9 000-dən çox tələbəsi iştirak edəcək. Rektor qeyd edib ki, xüsusi texnika və texnologiya fakültəsində, “SABAH” qruplarında, TEMPUS layihəsi üzrə və qiyabi şöbələrdə təhsil alan tələbələr, eləcə də magistraturada oxuyanlar yazılı, digər tələbələr isə test üsulu ilə imtahan verirlər.

Onun sözlərinə görə, imtahan sessiyasına hazırlıq ərəfəsində müxtəlif fənlər üzrə yoxlama imtahanları da keçirilib.

H.Məmmədov bildirib ki, imtahanların gedişinə nəzarət etmək məqsədilə ali məktəbdə qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərir: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımi şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir".

H.Məmmədov qeyd edib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılan elektron universitet portalı vasitəsilə nəzarətə götürülür, həm yazılı, həm də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Onun sözlərinə görə, tələbələr cavabları təsdiq etdikdən sonra  imtahanlarının nəticələrini dərhal kompüterin ekranında görürlər: "Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda isə bütün imtahanların nəticələri universitetin elektron portalında yerləşdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi