Yuxarı

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiqlənib

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planının təsdiqlənməsi ilə bağlı əmr imzalayıb.

“Report”un xəbərinə görə, məqsəd Azərbaycanın ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Proqrama görə, azsaylı xalqların uşaqları üçün tәşkil edilәn mәktәbәhazırlıq tәhsili әsasәn hәmin uşaqların seçilәn tәdris dili üzrә nitq bacarıqlarının formalaşdırılmasını, elәcә dә mәktәbәhazırlıqla bağlı digәr zәruri mәsәlәlәrin tәmin olunmasını nәzәrdә tutur.

Mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr.

Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün әn azı 10, şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün әn azı 15 uşaq müәyyәnlәşdirilir. Ümumilikdə isə uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir.

Bundan başqa, mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır.

Mәktәbәhazırlıq mәşğәlәlәri hәftәdә 4 (dörd) gün keçilir. Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәrә davamiyyәt vә tәdris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların tәlim nailiyyәtlәri şifahi formada qiymәtlәndirilir vә bu barәdә valideynlәrә mәlumat verilir.

Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılır.

Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur:

- 5 gün payız tәtili (16-20 noyabr);

- 5 gün qış tәtili (27-31 yanvar);

- 5 gün әlavә tәtil (1-5 may).

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi