AzMİU-nun rektoru: "Universitetdə imtahan prosesində köçürülmə hallarına imkan vermirik"

AzMİU-nun rektoru: "Universitetdə imtahan prosesində köçürülmə hallarına imkan vermirik" Bakı. 11 yanvar. REPORT.AZ/ Universitetdə imtahan prosesində köçürülmə hallarına imkan vermirik.  
Elm və təhsil
11 Yanvar , 2018 12:13
AzMİU-nun rektoru: Universitetdə imtahan prosesində köçürülmə hallarına imkan vermirik
Report/ Elshan Baba

Bakı. 11 yanvar. REPORT.AZ/ "Universitetdə imtahan prosesində köçürülmə hallarına imkan vermirik".  

"Report" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədi ilə keçirilən mediaturdan öncə universitetin rektoru, professor Gülçöhrə Məmmədova deyib.

O bildirib ki, tələbələrin köçürməyə cəhd etməsi təbii haldır: "Amma çalışırıq ki, belə halların qarşısını alaq. Köçürən tələbələr auditoriyadan çıxarılır. Son illər görülən tədbirlər nəticəsində köçürənlərin sayı kifayət qədər, təqribən, 60 faiz azalıb".

Rektorun sözlərinə görə, bu tədris ili ərzində 9 nəfər tələbə köçürməyə cəhd etdiyi üçün imtahandan çıxarılıb: "Bu payız semestri ərzində 60 nəfər tələbə universitetin Qərargah və Apellyasiya Komissiyasına müraciət edib. Onlardan 7 nəfərinin müraciətinə müsbət cavab verilib".

Son xəbərlər

Orphus sistemi