Azərbaycanda rayon təhsil şöbələrindən birinə yeni müdir təyin olunub

Azərbaycanda rayon təhsil şöbələrindən birinə yeni müdir təyin olunub Təhsil Şöbəsinin əvvəlki müdiri işində yol verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad edilib
Elm və təhsil
25 Noyabr , 2015 12:16
Azərbaycanda rayon təhsil şöbələrindən birinə yeni müdir təyin olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Tərtər rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub. "Report"un məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Surxay Xasay oğlu Mirzəyev Tərtər rayon Təhsil Şöbəsinə müdir təyin edilib. S.Mirzəyev bundan əvvəl rayon təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Tərtər rayon Təhsil Şöbəsinin əvvəlki müdiri Aydın Qarayev işində yol verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi