Azərbaycanlı tələbələrin hazırladığı layihə Rusiyada birinci yerə layiq görülüb

Azərbaycanlı tələbələrin hazırladığı layihə Rusiyada birinci yerə layiq görülüb Tələbələr isə təşəkkürnamə ilə təltif olunublar
Elm və təhsil
23 Noyabr , 2017 01:40
Azərbaycanlı tələbələrin hazırladığı layihə Rusiyada birinci yerə layiq görülüb

Gəncə. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin layihəsi Rusiyada birinci yerə layiq görülüb.

Bu barədə "Report"un Qərb bürosuna universitetdən məlumat verilib.

Məlumata görə, universitetin mühəndislik fakültəsinin dosenti Şahlar Babayevin rəhbərliyi ilə tələbələr Ayaz Hüseynli və Rüstəm Zahirov tərəfindən hazırlanmış, Rusiya Federasiyasının İ.İ.Vavilov adına Saratov Dövlət Aqrar Universitetində keçirilmiş “Mənim gələcək peşəm” adlı Beynəlxalq Tələbə Olimpiadasına təqdim olunmuş "Otaqlara dolmuş arzuolunmaz qazları və çirkli havanı təmizləyən qurğu" adlı material olimpiadanın münsiflər heyəti tətəfindən yüksək qiymətləndirilib. Hər iki nominasiya - təqdim olunan sənədli video çarxı və innovasiyalı slayd istiqamətləri üzrə birinci dərəcəli diploma layiq görülüb.

Layihənin rəhbəri, dosent Şahlar Babayev fəxri fərman, tələbələr isə təşəkkürnamə ilə təltif olunublar.

Son xəbərlər

Orphus sistemi