Yuxarı

Azərbaycanlı tələbələr misirli mütəxəssislərin yanında turizm sahəsində əyani təcrübə keçə bilərlər

Misir Mədəniyyət Mərkəzinin rəhbəri Azərbaycan Turizm və Menecment Universitetində mühazirə oxuyub

Bakı. 11 noyabr. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Azərbaycan Turizm və Menecment Universitetində Misir haqqında mühazirə oxuyub. Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tələbələrlə görüşdə Ə.S.Elyadi Misir tarixindən, Azərbaycanın müstəqilliyinin ilk tanıyan ölkələrdən biri olmasından, qədim tarixi köklərə malik olan Azərbaycan və Misir əlaqələrinin genişlənməsindən danışıb.

Ə.S.Elaydi Misirin ən qabaqcıl universitetlərindən olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunması və hər il Azərbaycan dilini yüzdən çox tələbənin öyrəndiyi barədə məlumat verib. Misir Universitetləri ilə Azərbaycan Turizm və Mementcment Universiteti arasında gələcəkdə müqavilələrin bağlanması və tələbə mübadiləsi, eləcə də yay tətili müddətində tələbələrin mehmanxana işləri barədə əyani olaraq Misirdə bu sahədə mütəxəssislərin yanında təcrübə keçmələrinin mümkünlüyü təkliflər irəli sürülüb.

Sonda Mədəniyyət Mərkəzinin rəhbəri tələbələri maraqlandıran suallara cavab verib və bir sıra təkliflər müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi