Azərbaycanlı şagird beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı şagird beynəlxalq mükafata layiq görülüb Hüseyn Hacıyevə Məktəb şagirdləri kateqoriyası üzrə ÜƏMT Mükafatının verilməsi haqqında qərar qəbul edilib
Elm və təhsil
29 Fevral , 2016 18:44
Azərbaycanlı şagird beynəlxalq mükafata layiq görülüb

Bakı. 29 fevral. REPORT.AZ/ Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq üçün keçirdiyi tədbirdə Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Hüseyn Hacıyev qalib olub.

Bu barədə "Report"a Müəllif Hüquqları Agentliyindən bildirilib.

Hüseyn Hacıyev “Microsoft Azərbaycan” şirkəti və informatika üzrə olimpiada mərkəzinin rəhbərliyi və köməkliyi ilə bir sıra yaradıcılıq uğurları əldə edib. Təhsil Nazirliyinin seçim turunun nəticələri barədə tərtib etdiyi sənədlər (Qalib namizəd haqqında şəxsi məlumatlar, həmçinin onun yaradıcılıq sahəsində nailiyyətləri və uğurları barədə ətraflı informasiya) müvafiq qaydada baxılması və qərar qəbul edilməsi üçün Müəllif Hüquqları Agentliyi tərəfindən ÜƏMT-yə təqdim olunub.

Mükafatlar Proqramının Qaydalarına uyğun olaraq, təqdim olunmuş namizəd və onun yaradıcılıq nailiyyətləri və uğurları haqqında məlumatlara ÜƏMT-nin ekspertləri tərəfindən baxılıb və Azərbaycan məktəblisinə Məktəb şagirdləri kateqoriyası üzrə ÜƏMT Mükafatının verilməsi haqqında qərar qəbul edib.

Mükafat bu gün Təhsil Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri təltifetmə mərasimində Hüseyn Hacıyevə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi