Yuxarı

​Dünya ölkələrində təcrübə keçən azərbaycanlı gənclərlə bağlı yeni layihəyə start verilib - VİDEO

Layihə INDEX tərəfindən dəstəklənən təcrübə proqramına və bu proqramdan yararlanan gənclərə həsr olunub.

Bakı. 27 dekabr. REPORT.AZ/ INDEX – Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi gənclərlə bağlı yeni layihəyə start verib.

"Report"un xəbərinə görə, İNDEX-in yaydığı məlumatda bildirilir ki, layihənin məqsədi istedadlı azərbaycanlı gəncləri üzə çıxarmaq, onların dünyanın müxtəlif ölkələrində təqdim olunan təqaüd proqramlarından yararlamağına yardımçı olmaqdır.

Layihə INDEX tərəfindən dəstəklənən təcrübə proqramına və bu proqramdan yararlanan gənclərə həsr olunub. Belə ki, gənclər proqramdan necə yararlandıqlarını və təcrübə proqramında qazandıqları təcrübə haqqında fikirlərini paylaşırlar. Təcrübə proqramı iştirakçıların fikirləri layihə çərçivəsində hər həftə video çarx şəklində ictimaiyətə təqdim olunur.
Layihənin ilk iştirakçısı İstanbul texniki Universitetinin kimiya mühəndisliyi ixtisası üzrə tələbəsi Səbinə Əbdülrəhim olub. O BP-nin Sunbury ofisində qazma mühəndisliyi sahəsində təcrübə keçib.

"BP-nin Böyük Britaniyadakı ofisində digər ölkələrdən təcrübə proqramına tələbələr cəlb olunmur. İNDEX təşkilatı sayəsində biz tamamilə fərqli bir proqramla və fərqli şərtlərlə orada iştirak etdik ", - S.Əbdülrəhim deyib.

Qeyd edək ki, 2013-cü ilin aprel ayında qurulmuş və birillik fəaliyyəti zamanı azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olan AzeDer yeni tədris ilindən etibarən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi olaraq fəaliyyətini davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi