Yuxarı

“Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb

Kitab-albomu Coğrafiya İnstitutu və Memarlıq və İncəsənət İnstitutu hazırlayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və ümumi redaktəsi ilə “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb.

Bu barədə "Report"a AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kitab-albomu Coğrafiya İnstitutu və Memarlıq və İncəsənət İnstitutu hazırlayıb. Əsas icraçılar - Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları, dosent S.Ə.Tarixazər və E.C.Kərimova, AMEA Geologiya və Geofizika İnstitutunun professoru, geologiya-mineralogiya üzrə elmlər doktoru, T.N. Kəngərli, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları – m.e.f.d.,dosent R.Ş.Əliyeva, E.N.Əliyev, T.N.İsayeva, N.A.Zeynalovdur.

400-dən artıq foto-şəkil, açıqlama və turistik məlumatlardan ibarət kitab-albom AMEA-nın 70 illiyi münasibətilə hazırlanıb və 500 tirajla nəşr olunub. Həcmi 337 səhifədən ibarət kitab-alboma akademik A.Əlizadə ön sözlər yazıb.

Azərbaycanın füsunkar gözəlliklərini – əsrarəngiz təbiət mənzərələrini və onlarla ahəngdarlıq yaradan memarlıq incilərini özündə əks etdirən bu nəşrdə Azərbaycanın təbii-coğrafi bölgələri – Böyük Qafqaz, Kür-Araz, Kiçik Qafqaz, Lənkəran və Naxçıvanın təbii möcüzələri ayrıca fəsillərdə oxuculara təqdim edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi