Yuxarı

Azərbaycanın tanınmış dilçi alimi dünyasını dəyişib

Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanın tanınmış dilçi alimi dünyasını dəyişib.

“Report” xəbər verir ki, dilçi, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.

Qeyd edək ki, M.Mirzəliyeva 1949-cu ildə dünyaya gəlib. Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1971-1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləyib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olub.

Məhəbbət Mirzəliyeva 1975-1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981-1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışıb. 2002-ci ilin yanvarında Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilib. 2013-2015-ci illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2015-ci ildən bu günə kimi institutun türk dilləri şöbəsinə rəhbərlik edib. 

M.Mirzəliyeva 2000-ci ildən Bakı Dilçilik Məktəbinin rəhbəridir. 2012-ci ildən Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub. 

1993-1996-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının humanitar siyasət şöbəsində məsləhətçi işləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi