Yuxarı
    Bağlamaq

    Azərbaycanın orta məktəblərində 2014/2015-ci tədris ilinin ikinci yarım ili başlayır

    2015/2016-cı dərs ilindən isə tətil günləri yanvar ayının sonlarından başlayacaq

    Bakı. 5 yanvar. REPORT.AZ/ Sabah Azərbaycanın orta məktəblərində 2014/2015-ci tədris ilinin ikinci yarım ili başlayır. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

    2014/2015-ci tədris ili üçün qış tətili 30 dekabr – 5 yanvar (7 gün) tarixlərində olub.

    Qeyd edək ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklərə əsasən, 2015-2016-cı dərs ilindən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili ərzindəki tətillərə gəlincə, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün də 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi