Yuxarı

Azərbaycanın Milli Atlası tərtib olunub

AMEA prezidentinin tapşırığı ilə atlas Aqrar Elmləri Bölməsi tərəfindən akademiyanın institutlarının kitabxanalarına təqdim edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın Milli Atlası tərtib olunub. "Report" xəbər verir ki, Prezident İlham Əliyevin "“Azərbaycanın Milli Atlası”nın çapının təmin edilməsi” haqqında sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Milli Atlası”nın nüsxələri AMEA prezidenti, akademik Akif Əlizadənin tapşırığı ilə Aqrar Elmləri Bölməsi tərəfindən akademiyanın institutlarının kitabxanalarına təqdim olunub.

Qeyd edək ki, Milli Atlas əhatəli elmi məlumatları ehtiva etməklə ölkənin təbii şəraiti, əhalisi, iqtisadiyyatı, ekologiyası, tarixi, mədəniyyəti, elm və təhsili haqqında dolğun təsəvvür yaradır.

19 bölmə, 444 səhifə,1000-ə yaxın xəritə, diaqram, cədvəl, izahedici mətn və digər məlumatlardan ibarət olan atlasın məzmunu ölkənin bütün əsas iqtisadiyyat və sosial-mədəni sahələrini əhatə edir.

Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən akademik Qərib Məmmədovun rəhbərliyi ilə atlasın CIS variantı hazırlanır. Milli Atlasın bu elektron formasını ölkədə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.

Atlas Azərbaycanın coğrafi şəraiti, relyefi, bitki örtüyü, heyvanlar aləmi, tarixi, mədəniyyəti, təhsili və s. sahələrini əhatə edən unikal xəritələr toplusundan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi