Azərbaycanın iki ali təhsil müəssisəsində "Bakı-2015"ə görə imtahan vaxtları dəyişdirilib

Azərbaycanın iki ali təhsil müəssisəsində "Bakı-2015"ə görə imtahan vaxtları dəyişdirilib ADİU-da iyulun 1-dən etibarən, BDU-da isə iyun ayının sonunda imtahan keçiriləcək
Elm və təhsil
12 May , 2015 14:20
Azərbaycanın iki ali təhsil müəssisəsində Bakı-2015ə görə imtahan vaxtları dəyişdirilib

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində I Avropa Oyunlarında könüllü kimi iştirak edən tələbələr üçün imtahan sessiyasının vaxtı dəyişdirilib. ADİU-dan "Report"a verilən xəbərə görə, bu barədə ali məktəbin rektoru Ədalət Muradov qərar verib.

Belə ki, Oyunlarda könüllü kimi iştirak edən tələbələrin imtahan sessiyasına hazırlıq zamanı qarşılaşdığı çətinliklərlə bağlı müraciətlər çox olduğundan ADİU-nun rəhbərliyi təlimlərdə tələbələrin iştirakının vacibliyi nəzərə alaraq, könüllü tələbələr üçün imtahan sessiyasının vaxtının dəyişdirilməsi qərara alınıb. Qərara görə, könüllü tələbələr üçün imtahan sessiyası iyulun 1-dən etibarən təşkil olunacaq. Yaxın günlərdən imtahan cədvəli haqqında ətraflı məlumat veriləcək. Öncədən nəzərdə tutulan güzəştlər isə qüvvəsində qalır.

Bundan başqa, Bakı Dövlət Universiteti də eyni addımı atıb. Könüllülərin yay oyunları ilə bağlı hazırlıq dərsləri, məşqləri və digər tədbirləri bu il may ayına çəkilmiş yay imtahan sessiyası ilə üst-üstə düşdüyündən onlar üçün iyun ayının sonunda imtahan keçiriləcək. Qeyd edilən səbəblərdən imtahanlara yaxşı hazırlaşa bilməyən və imtahanda iştirak edə bilməyən könüllülər ərizə ilə müraciət edərək iyun ayında onlar üçün imtahan təşkil olunmasını xahiş ediblər. Bu hüquq BDU-nun 20000 tələbəsindən yalnız könüllülərə şamil edilir.

Son xəbərlər

Orphus sistemi