Yuxarı

Azərbaycanın əməkdar həkimi 90 yaşında vəfat edib

Rüstəm Mirzəyev müəyyən müddət Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasına rəhbərlik edib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin müəllimi 90 yaşında vəfat edib.

"Report" xəbər verir ki, ali məktəbin Terapevtik stomatologiya kafedrasının dosenti, Böyük Vətən müharibəsi veteranı, əməkdar həkim Rüstəm Mirzəyev dünyasını dəyişib.

Qeyd edək ki, R.Mirzəyev 1926-cı ildə anadan olub. O, müharibə dövründə ordu sıralarında xidmət edib. Müəyyən müddət Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi