Yuxarı
    Bağlamaq

    Azərbaycanın daha 6 rayonunda 15 modul tipli məktəb quraşdırılacaq - SİYAHI

    Təhsil Nazirliyinə 4 461 000 manat ayrılıb

    Bakı. 5 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev aprelin 5-də Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sərəncamla Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

    Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında

    quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

    Sıra №-siTəhsil müəssisələrinin adlarıAyrılan vəsait
    1Tovuz rayonu Y.Alıyev adına Hacıhəsənli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması425 000
    2Tovuz rayonu Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması425 000
    3Tovuz rayonu Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
    4Tovuz rayonu Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
    5Tovuz rayonu Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması230 000
    6Tovuz rayonu Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
    7Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması230 000
    8Şəmkir rayonu Talışkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması425 000
    9Gədəbəy rayonu Dördlər kənd 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması285 000
    10Gədəbəy rayonu Əyrivəng kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
    11Gədəbəy rayonu Talakənd kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması262 000
    12Daşkəsən rayonu Almalı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması262 000
    13Daşkəsən rayonu Daşkəsən qəsəbəsi 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması262 000
    14Daşkəsən rayonu Gürbulaq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması285 000
    15Göygöl rayonu Əzgilli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması230 000
    Cəmi4 461 000
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi