Yuxarı

​Azərbaycandakı ali məktəblərdən biri işçi axtarır

Xarici dil bilikləri olanlara üstünlük veriləcək

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Gənc müəllimlər” layihəsinə start verilib. Bu barədə “Report”a ADİU-nun mətbuat xidmətindən məlumat verilib.

Layihənin həyata keçirilməsində məqsəd özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri Azərbaycan Dövlət İqtisad Universitetinə cəlb etməkdir.

Yaşı 30-a qədər olan magistr təhsilli gənclər layihədə iştirak etmək üçün sənəd təqdim edə bilər. Xarici dil bilikləri olanlara üstünlük veriləcək.

Tələblərə cavab verən namizədlər mövcud qanunvericiliyə uyğun olaraq ADİU-da işə qəbul ediləcəklər.

Layihədə iştirak etmək istəyənlər CV-lərini iyunun 18-dək raqif.qasimov@aseu.edu.az ünvanına göndərə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi