Yuxarı

Azərbaycanda yeni universitet yaradılıb

Azərbaycanda yeni universitet yaradılıb
Prezident İlham Əliyev Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam" imzalayıb.

"Report"un məlumatına görə, sənəd ölkədə mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə imzalanıb. 

Sərəncamda deyilir ki, Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxarıb.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək Bakı Mühəndislik Universiteti ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirəcək, fundamental və tətbiqi elmi tədqiqatlar aparacaq.

Sərəncama əsasən, Nazirlər Kabineti Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Prezidentinə təqdim etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi