Yuxarı

Azərbaycanda yeni dövlət proqramı hazırlanır

Proqramın işlək mexanizm olması üçün gənclərin fikirləri önəmlidir

Bakı. 28 yanvar. REPORT.AZ/ "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icra müddəti bu il başa çatdığından, yeni proqramın hazırlıq işlərinə start verilib". "Report" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi brifinqdə bildirib.

Nazir müavininin sözlərinə görə, 2016-2020-ci illəri əhatə edən yeni dövlət proqramının hazırlanması nəzərdə tutulub: "Yeni dövlət proqramının "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” çərçivəsində hazırlanması planlaşdırılır. Buna görə də yeni strategiyanın müddəalarına uyğun olaraq bəndlər proqrama salınacaq".

Yeni dövlət proqramının hazırlanması üçün artıq, elan verildiyini deyən İ.Babayev qeyd edib ki, təkliflər qəbul olunduqdan sonra geniş ictimai müzakirəyə çıxarılacaq: "Çünki yeni dövlət proqramında əsasən gənclərin maraqları nəzərə alınacaq. Hədəf tək sənədin qəbulu deyil. Proqramın işlək mexanizm olması üçün gənclərin fikirləri önəmlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi