Azərbaycanda uşaqların məktəbəqədər təhsildən kənarda qalmasının səbəbləri açıqlanıb

Azərbaycanda uşaqların məktəbəqədər təhsildən kənarda qalmasının səbəbləri açıqlanıb Hesabat: Məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır
Elm və təhsil
19 Dekabr , 2017 11:48
Azərbaycanda uşaqların məktəbəqədər təhsildən kənarda qalmasının səbəbləri açıqlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ "2019-2020-ci tədris ilində 147 492 uşaq məktəbəhazırlığa cəlb ediləcək".

"Report" xəbər verir ki, bu, “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması” layihəsi üzrə yekun hesabatda öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, bu, bütün məktəbəhazırlıq yaşında olan uşaqların 90 faizini təşkil edir: "Onların 31253 nəfəri Bakının, 5063 nəfəri Sumqayıtın, 3929 nəfəri Gəncənin, 1496 nəfəri Mingəçevrin, 2401 nəfəri Abşeronun payına düşür".

Sənəddə bildirilib ki, Azərbaycanda 2016-ci ildə məktəbəhazılıq yaşında (5-6 yaş) olan uşaqların yalnız 24 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bu göstərici Bakı və şəhərlərdə nisbətən yüksək, rayon və kənd yerlərində isə daha aşağı səviyyədə olub.

Hesabata əsasən, Təhsil İnstitutu 3-4 yaşlı uşaqların məktəbəqədər təhsildən kənarda qalmasının səbəblərini araşdırıb. Məlum olub ki, bunun əsas səbəbləri uşağın yaşadığı ərazidə məktəbəqədər təhsil müəssisələrinin olmaması və ya az olması, xəstəlik və ya əlillik, özəl məktəbəqədər təhsil müəssisələrində ödənişin çox olması və başqa amillərlə bağlıdır.

"Azərbaycanda, xüsusilə Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər azdır. Hər il yeni özəl bağçaların fəaliyyətə başlamasına baxmayaraq, özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Belə ki, özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağlarda isə 600-700 manat təşkil edir. Aydındır ki, bir çox ailələrin bunu ödəmək imkanı olmur"- deyə hesabatda bildirilib.

Son xəbərlər

Orphus sistemi