Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb

Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb Təhsil alanların sayı isə artıb
Elm və təhsil
20 Oktyabr , 2017 17:46
Azərbaycanda təqaüd alan tələbələrin xüsusi çəkisi azalıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin ümumi sayında artım olsa da, təqaüd alanların xüsusi çəkisi 2000-ci illə müqayisədə xeyli azalıb və azalmaqda davam edir.

"Report"un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alır.

2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.

Qeyd edək ki, 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi