Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb Kənd məktəblərində şagird tutumu 12 nəfərlə hesablanır
Elm və təhsil
15 Aprel , 2016 14:27
Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb

Bakı. 15 aprel. REPORT.AZ/ "Respublikada hələ də 1 808-ə yaxın məktəb yeni istilik sistemi təmin olunmalı, təmir-bərpa işləri aparılmalı və ya əsaslı təmir işləri görülməlidir. Belə məktəblərin sayı üstünlük təşkil edir". "Report"un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin Satınalmalar şöbəsinin müdiri Elman Əzimov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2013-2015-ci illərdə tikilmiş, əlavə korpusu inşa edilmiş və əsaslı təmir olunmuş ümumi təhsil müəssisələrinin sayı 2 923-dür: "Təhsil Nazirliyinin sifarişi ilə 793, Heydər Əliyev Fondunun xətti ilə 412, digər mənbələr hesabına isə 1 792 məktəb tikilib. 2016-cı ilin Dövlət İnvestisiya Proqramında respublika üzrə 40-a yaxın tədris müəssisəsində təmir-tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulub".

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə kənd yerlərində şagird tutumu orta hesabla 20 nəfərlə deyil, 12 nəfərlə hesablanır: "Misal olaraq, 2013-cü ilin statistikasına əsasən, 100-ə yaxın məktəbdə şagirdlərin sayı 30, 250-yə qədər məktəbdə 50, 650 məktəbdə isə 51-dən 100-ə kimidir".

Son xəbərlər

Orphus sistemi