İdris İsayev: “Azərbaycanda tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır”

İdris İsayev: “Azərbaycanda tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır” “Azərbaycanda hər il sistemə daxil olan sağlamlıq imkanları məhdud uşaqların sayı artır”.
Elm və təhsil
3 May , 2019 17:54
İdris İsayev: “Azərbaycanda tələbələrin 70 faizi ödənişli əsaslarla təhsil alır”

“Azərbaycanda hər il sistemə daxil olan sağlamlıq imkanları məhdud uşaqların sayı artır”.

“Report” xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, 2015-ci ildə orta və ali ixtisas təhsili müəssisələrinə sağlamlıq imkanları məhdud olan 660 uşaq qəbul olmuşdusa, 2016-cı ildə bu göstərici 1019 olub: “Yəni burada 54 faiz artım müşahidə olunub. 2017-ci ildə bu göstərici 24 faiz artaraq 1258 nəfər, 2018-ci ildə isə 20 faiz artaraq 1500-ə qədər çatıb. Bu artım onu göstərir ki, təhsil əlçatandır”. 

Nazir müavini bildirib ki, Azərbaycanda orta və ali ixtisas təhsili müəssisələrində təhsil alanların sayı, təxminən, 225 mindir: “Onların da 70 faizi ödənişli əsaslarla təhsil alır”.

Son xəbərlər

Orphus sistemi