Yuxarı
    Bağlamaq

    Azərbaycanda tələbələr 2016-2020-ci illərdə qan donorluğuna cəlb ediləcək

    ədbirlər Proqramının məqsədi xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunmasıdır

    Bakı. 7 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nı təsdiq edib

    “Report”un xəbərinə görə, Tədbirlər Proqramının məqsədi xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasından ibarətdir.

    Tədbirlər Proqramının əsas vəzifələri tədarük edilən və istifadə olunan qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin olunmasından, qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən, qan və qan komponentlərinin donorluğunun inkişaf etdirilməsi, qan xidməti və transfuziologiya sahəsində kadr hazırlığının təkmilləşdirilməsindən ibarətdir.

    Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyi həyata keçirir.

    Səhiyyə Nazirliyi 2016-2017-ci illlərdə qan xidməti müəssisələrinin maddi-texniki bazasınınmöhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsini, 2017-2018-ci illərdə səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının və onun regional bölmələrinin avtonəqliyyat və xüsusi avadanlıqla təmin edilməsini, tədarük edilən qanın təhlükəsizliyini təmin edən müasir texnologiyaların tətbiq edilməsini (qan komponentlərinin virusinaktivasiyası, donor qanının tam avtomatlaşdırılmış üsulla müayinəsi), Mərkəzi Qan Bankının regional bölmələrində donor qanının transmissiv infeksiyalara yoxlanılmasının təşkil edilməsini, qan donoru ilə resipiyentin qanının tam uyğunluğunun təmin olunması məqsədi ilə Mərkəzi Qan Bankının regional bölmələrində qan qrupu və rezus faktorla yanaşı, digər eritrosit antigenlərinin təyin edilməsinin təşkili, 2016-2020-ci illərdə Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsini, qanın və qan komponentlərinin donorluğuna aid kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi, təbliğat xarakterli sosial çarxların hazırlanması və onların ictimai yerlərdə yayılmasının təşkilini, kütləvi informasiya vasitələri ilə qan donorluğuna dair məlumatların verilməsini, Müntəzəm olaraq əhali arasında qan donorluğu ilə bağlı məsələlərə aid maarifləndirmə kampaniyalarının, aksiyaların və görüşlərin təşkilini, qan xidmətinin məlumat portalının yaradılması və mövcud olan registrlərin təkmilləşdirilməsini, qan donorluğuna dair seminarların və elmi konfransların təşkil edilməsi qanın, qan komponentlərinin tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanmasını, qan və qan komponentlərinin donorluğuna dair Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların təlimatlarının Azərbaycan dilinə tərcümə edilməsini həyata keçirəcək.

    Səhiyyə Nazirliyi 2016-2020-ci illərdə təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılmasını (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.) isə Fövqəladə Hallar Nazirliyi ilə birgə edəcək

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi