Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq

Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması da nəzərdə tutulub
Elm və təhsil
3 İyun , 2017 11:33
Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq
Report

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanda təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Sənəddə qeyd olunub ki, bu işlər qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq həyata keçiriləcək. 2017-2018-ci illəri əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyinə tapşırılıb.

Bundan başqa, sənəddə təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması da nəzərdə tutulub. Növbəti iki ili əhatə edəcək məsələnin icrası Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə həvalə olunub. 

Son xəbərlər

Orphus sistemi