​Azərbaycanda rezidenturaya ərizə qəbulu başa çatıb

​Azərbaycanda rezidenturaya ərizə qəbulu başa çatıb İmtahanda iştirak etmək üçün 1 280 şəxs ərizə təqdim edib
Elm və təhsil
24 Fevral , 2015 12:00
​Azərbaycanda rezidenturaya ərizə qəbulu başa çatıb

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanda ali təhsil müəssisələrinin rezidentura pilləsinə ərizə qəbulu başa çatıb. Bu barədə "Report" xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

İmtahanda iştirak etmək üçün 1 280 şəxs ərizə təqdim edib. Onlardan 1 085 nəfər Azərbaycan, 195 nəfər rus bölməsinin məzunudur.

Xatırladaq ki, imtahanın birinci mərhələsi martın 15-də, ikinci mərhələ isə iyulun 7-də keçiriləcək. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar. Hər bir mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. 

Son xəbərlər

Orphus sistemi