Yuxarı

Azərbaycanda qəbul imtahanında maksimum nəticə göstərən yeganə qız abituriyent kənd məktəbini bitirib

700 bal toplayan şagirdin 10-cu sinifdə oxuyan zaman Kimya olimpiadasının qalibi olduğunu da açıqlanıb

Bakı. 18 iyul. REPORT. AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan etdikdən sonra 6 nəfərin 700 bal topladığı müəyyənləşdi. Onlardan 5-i oğlan, 1 qızdır.

“Report”un Qərb bürosu məlumat verir ki, yeganə xanım məzun və ən yüksək nəticə göstərən Səbinə İsmayılovadır.

Qazaxın Canallı kəndində doğulan Səbinə elə yaşadığı kənd məktəbinin məzunu olub. Məktəbin direktoru Ulduzə Məmmədova "Report”a Səbinənin ziyalı ailədə böyüdüyünü, təhsil ocağında təlim tərbiyəsi ilə seçildiyini bildirib.

Direktor həmçinin 700 bal toplayan şagirdin 10-cu sinifdə oxuyan zaman Kimya olimpiyadasının qalibi olduğunu da açıqlayıb.

Kənd məktəbini bitirib test tapşırıqlarının hər birinə düz cavab yazan S. İsmayılova ailənin böyük övladıdır. Qeyd edək ki, 2 qardaşın yeganə bacısı IV ixtisas qrupunda ən yüksək nəticəyə sahib olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi