Yuxarı
    Bağlamaq

    Azərbaycanda qәbul vә buraxılış imtahanlarının nәticәlәrinin gender aspektlәri açıqlanıb - SİYAHI

    Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib

    Bakı. 30 mart. REPORT.AZ/ "2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 93 116 abituriyent ərizə verib. Onların 52.80%-i oğlan, 47.20%-i qız abituriyent olub. Artıq üçüncü ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızların sayından çox olub. Azərbaycan və rus bölmələrində oğlan və qız abituriyentlərin say nisbəti fərqli olub. Belə ki, Azərbaycan bölməsində oğlanlar (53.24%), rus bölməsində isə qızlar (52.06%) sayca üstünlük təşkil edib".

    "Report"un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

    1993-2015-ci illər üzrə oğlan və qız abituriyentlərin sayının dinamikasına gəlincə, statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub.

    Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub. Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki, bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur.

    Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 15-34% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-60%-dir.

    Oğlan və qız abituriyentlərin bölgələr üzrə paylanması cədvəli aşağıdakı kimidir: 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi