Yuxarı
    Bağlamaq

    Azərbaycanda peşə təhsilinə dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi üçün 200 milyon manat tələb olunur

    Vəsaitin böyük hissəsi büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək

    Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi üçün 190 milyon 950 min manat investisiya tələb olunur.

    "Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. 

    Sənəddə nəzərdə tutulan tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri, yerli büdcələr, mülkiyyət formasından asılı olmayaraq yerli idarə, müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici investisiyalar, ölkə bank sisteminin kreditləri və qrantlar, beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımları, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

    Strateji Yol Xəritəsində qeyd edilib ki, maliyyə vəsaitinin müəyyən edilən strateji hədəflər üçün ən səmərəli şəkildə sərf olunmasını təmin etmək məqsədilə büdcələr nəticələrə əsaslanan büdcə tərtibatı prosesi çərçivəsində işlənib hazırlanacaq. Tələb olunan maliyyə vəsaitinin böyük hissəsi mövcud büdcələrin restrukturizasiyası, özəl sektorun və müxtəlif investorların birgə maliyyələşdirmə səyləri ilə təmin ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi